Sahil Babayevin saxta sosial yardım siyasəti – FOTOFAKT
Elsun Xudaverdiyev DSMF-nin Qazax-Tovuz regional filialına müdir təyin olunandan sonra həmin regionala daxil olan rayonlarda(Tovuz, Qazax, Ağstafa) DSMF sahəsində saxtakarlıq tüğyan edir. Əsasən də Ünvanlı Sosial Yardımda. Hazırda vəziyyət elədir ki, rüşvətini ver, sosial yardımını al. Eyni hal sosial pensiya sahəsində də aktivdir. Aztəminatlı ailələr qalıb kənarda, maddi durumu yaxşı olan, rüşvət verməyə gücü çatan sosial yardım alır. Bir müddət əvvəl Tovuz rayonunda onlarla saxta sosial yardım alanların siyahısını dərc etmişdik. DSMF məsələyə reaksiya verdi, yoxlama aparıldı. Həmin şəxslərin əksəriyyətinin saxta sosial yardım aldığı müəyyən edildi və sosial yardımları vaxtından əvvəl dayandırıldı. Lakin bu saxtakarlığa yol verənlər barədə hüquqi addım atılmadı. Görünür cəzasızlıq yeni saxta sosial yardım alanların siyahısının formalaşmasına rəvac yaradıb. Tovuzda yenidən bir qrup vətəndaşa saxta sosial yardım təyin edilib. Bunlar arasında Rusiyada işləyənlər, adına bir neçə maşın olanlar, villada yaşayanlar, dövlət təminatı olanlar və s. var. Onlardan bir neçəsini təqdim edək: 1. Abdıyeva Günay Mehman qızı. G.Abdıyeva Tovuzun Alakol kəndində həyat yoldaşı, qayınatası, qayınanası ilə birlikdə yaşayır. Saxta sosial yardım alması üçün Günay xanımı İbrahim Hacılı kəndinə yazıblar. Ailə tərkibini saxtalaşdırıblar və İbrahim Hacılı kəndində tək yaşadığını qeyd ediblər. Bununla da, saxta sosial yardım almasına şərait yaradılıb. 2. Ələkbərova Ceyhunə Famil qızı. C.Ələkbərova Tovuzun İbrahim Hacılı kəndində yaşayır. Qayınatasının maşını var, həyat yoldaşı Rusiyada işləyir. Ceyhunə xanımın da ailə tərkibi gizlədilib. Xanım və iki övladı Qovlar qəsəbəsində yaşadığı qeyd edilərək saxta sosial yardım təyin etdiriblər. 3. Hüseynova Ülviyyə Fəxrəddin qızı. Ailəlidir. Həyat yoldaşı Rusiyada işləyir. Ülviyyə xanım qayını, qayının həyat yoldaşı, qayınatası və iki övladı ilə Tovuzun Düz Qırıqlı kəndində eyni evdə yaşayır. Ailə tərkibi gizlədilib. Ülviyyə xanımı iki övladı ilə birlikdə ata evinə yazmaqla saxta sosial yardım təyinatına müvəffəq olublar. 4. Məmmədova Gültəkin Şahin qızı. Tovuzun Alakol kəndində həyat yoldaşı, qayını, onun ailəsi, qayınanası ilə eyni evdə yaşayır. Onun yaşayış yerinin Alakol kənd icra nümayəndəliyi ilə üzbəüzdə yerləşən boş evə yazmaqla sosial yardım almasını təşkil ediblər. 5. Əsgərov Rəfail Əsgər oğlunun da ailə tərkibində oğlu Əsgərov Nazirin adı gizlədilib və sosial yardım alır. Gizlədilmə səbəbi odur ki, Əsgərov Nazir Rəfail oğlu Alakol kəndində Ocaq restoranında işləyir. 6. İsayeva Nərminə Yaqub qızı. N. İsayeva da saxta sosial yardım alır. Belə ki, dövlət təmanatında olan şəxslər sosial yardım ala bilməz. Bunlara həbsdə, uşaq evlərində, əsgərlikdə olanlar daxildir. Nərminə xanımın övladı İsayev Rəcəb Amin oğlu əsgərlikdədir və dövlət təmanatında olmasına baxmayaraq onu sənədləşmədə şagird kimi qeyd edərək saxta sosial yardım təyin etdiriblər. 7. Həsənova Hava. Düz Qırıqlı kənd sakinidir. 57 yaşında 3 uşaqlı ana kimi saxta sosial pensiyaya çıxarıblar. Halbuki Hava xanımın adına yararlı torpaq sahəsi var. Qanunla sığorta uçot nömrəsi, VEÖN-i, iş yeri olan şəxsə sosial pensiya şamil edilmir. Siyahı çox olsa da, burda dayandıraq. Hazırda Tovuzda sosial yardım alan aztəminatlı ailələrin sosial yardımı kəsilir. Onların əvəzinə rüşvət verənlər təyinata göndəriləcəyi planlaşdırılır. Villada yaşayan sosial yardım alır, daxmada yaşayanların sosial yardımı min bir bəhanə ilə kəsilir. Eyni zamanda növbəlilik prinsipi pozulur. İki ayına razı olanları növbədən kənar təyinata göndərirlər və vaxtından əvvəl təsdiq edilir. Haqqı olanlar isə aylarla növbəsini gözləyir. Əldə etdiyimiz məlumata görə, Tovuz, Qazax, Ağstafa rayonlarında saxta sosial yardım almaq üçün yardımın iki ayını DSMF-nin 2 saylı Qazax-Tovuz Regional Filialına verməlisən. Bu işə də həmin idarədə dövlət qulluğu imtahanından keçməyən və işdən kənarlaşdılan işçilər baxır. Kənarda ofis açmaqla makler xidməti göstərirlər. DSMF-nın Gədəbəy rayon şöbəsinin keçmiş müdiri Elsun Xudverdiyevə sürücü işləyən İsfəndiyar Qələndərov hazırda DSMF-nin 2 saylı Qazax-Tovuz Regional Filialında müdir işləyən E.Xudaverdiyevə qeyri-rəsmi işçi kimi xidmət edir. Əvvəllər Tovuzun kəndlərindəki sosial yardım düzəldən maklerlə əlbir olaraq saxta sosial yardım düzəltdirirdi. İndi bu işini bir az rəsmiləşdirib. Tovuz rayon icra hakimiyyətinin yaxınlığında ofis açaraq saxta sosial yardım düzəltmə xidməti göstərir. Tovuzda da günü-gündən saxta sosial yarım alanların sayı artır. Hazırkı statistikaya görə Tovuz rayonu sosial yardım alanlara uyğun olaraq kasıblıq həddi 8.2 faizdir. Amma Tovuzdan qat-qat kasıb olan rayonlar kasıblıq həddi 2, 3 faizdir. Gədəbəydə kasıblıq 3.6 faizdir, Daşkəsəndə kasıblıq həddi 4.1 faizdir, Lerikdə kasıblıq həddi 2.2 faizdir. Tovuzda 3146 nəfər sosial yardım alır, 175000 nəfər əhalisi var. Ölkə üzrə ailə sayı orta hesabla 4.6 nəfər nəzərdə tutulur. 3146×4.6=14.471,6. 14.471,6:175000=0,0826948571. 0,0826948571×100=8,26948571. Bu hesabla Tovuz rayonunda yoxsulluq həddi 8.2 faizdən artıqdır. Eyni üsulla hesablayanda Lerikdə yoxsulluq həddi 2.2 faizdir. Göründüyü kimi Sahil Babayev Tovuzdan qat-qat kasıb rayonlar olan Gədəbəyin, Daşkəsənin, Lerikin kasıb əhalisinin sosial yardım haqqını Tovuzun varlı əhalisinə verir.
Qeyd edək ki, Prezident İlham Əliyev ölkə üzrə yoxsulluq həddini 5 faiz olduğunu elan edib. Sahil Babayev həmin 5 faizi bu formada tamamlayır. Üstəgəl həmin tamamlanmadan milyonlar silinir və dövlət büdcəsində qara dəlik yaradılıb. Belə ki, varlı əhaliyə rüşvətlə normadan artıq sosial yardım paylanılır, kasıb əhaliyə isə normadan az sosial yardım verilir. Nəticədə kasıb əhalinin az alması, varlı əhalinin çox almasının ortaq məxrəci 5 faiz tamamlayır. Qərb bölgəsində DSMF-nin iki filialı yerləşir: 1. DSMF-nin 1 saylı Qazax-Tovuz regional filialı. Rəhbəri Adil Cəfərovdur. Şəmkirdə yerləşir. Şəmkir, Gədəbəy, Daşkəsən rayonlarını əhatə edir. 2. DSMF-nin 2 saylı Qazax-Tovuz regional filialı. Rəhbəri Elsun Xudaverdiyevdir. Tovuzda yerləşir. Tovuz, Qazax, Ağstafa rayonlarını əhatə edir. Eyni bölgədə və eyni ölkədə yerləşməsinə baxmayaraq bu iki idarədə qanunlar fərqlidir. Sahil Babayev bu idarələrə ayrı-ayrılıqda səlahiyyət verib. Belə ki, DSMF-nin tabeçiliyində yeni idarə yaradıldı. Həmin idarə sosial yardıma müraciət edənlərin maddi-məişət şəratinin müayinəsi ilə məşğuldur. Ümumrespublika üzrə sosial yardımın yoxlanılmasını həyata keçirir. Tək Tovuz rayonun yerləşən DSMF-nin 2 saylı Qazax-Tovuz regional filialında yoxlaya bilmir. Sahil Babayevin göstərişi ilə həmin idarə özü, yəni Elsun Xudaverdiyev yoxlayır və təyinata göndərir. Lakin DSMF-nin 1 saylı Qazax-Tovuz regional filialında elə deyil, yoxlama Bakıdan gəlir. Görünüdüyü iki idarədə fərqli qanun icra edilir. Elsun Xudaverdiyevin şəxsi münasibətləri qanunlardan üstün tutulur. Bununla da, Tovuzda əksəriyyəti saxta olmaqla 3146 nəfərin sosial yardım almasına yaşıl işıq yandırır. Qeyd edək ki, bir neçə gün bundan öncə DSMF-nin sədri Himalay Məmişov saxta sosial yardım alanlardan danışdı. Saxta sosial yardım düzəldən maklerləri tənqid etdi. Nədənsə H.Məmişov saxta sosial yardım düzəldənlərə və maklerlərə şərait yaradanlardan danışmadı , ya da danışmaq istəmədi. H.Məmişovun sözügedən çıxışını təqdim edirik: Zaur Qənbərov/Sarkazm.az