209 TƏQAÜDÇÜ DSMF-NI MƏHKƏMƏYƏ VERDİ…

209 TƏQAÜDÇÜ DSMF-NI MƏHKƏMƏYƏ VERDİ…


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu bir ay ərzində təqaüdçülər və sosial təminata ehtiyacı olanlar tərəfində 209 dəfə məhkəməyə verilib.
SİAM.AZ bildirir ki, Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, DSMF-nin il ərzində məhkəməyə verilmədiyi gün yoxdur. Ay ərzində hər gün fondla bağlı məhkəmədə iddia qaldırılır. 209 məhkəmə işinin hamısı DSMF-ya qarşı irəli sürülmüş iddialardır.
Açılmış məhkəmə işlərinin mahiyyəti inzibati orqanın hərəkətsizliyi ilə əlaqədar mübahisələr, pensiya təminatı problemi və sosial təminat problemidir.
Tarix: 31-07-2023, 15:42
Xəbəri paylaş





Xəbər lenti