NƏHAYƏT! MİDA MƏHKƏMƏYƏ VERİLDİ – PROSES BÖYÜYÜR…
İddiaçı Aşumov Nadir Səyyar oğlu Nəsimi rayon Məhkəməsində müqavilənin etibarsız hesab edilməsi tələbi ilə Mənzil İnşaat Dövlət Agentliyinə qarşı iddia qaldırıb.
Tribunainfo.az-ın xəbərinə görə, iyulun 31-də işə hakim Ceyhun Tağıyev sədrlik edib. MİDA artıq ölkədə nüfuzunu və etimadını itirmiş agentlikdir. Mənzillərin satışı, onlayn müsabiqə ilə bağlı bir çox ittihamlar səslənir. Bildirilir ki, ev almaq istəyənlərin arzusu ürəyində qoyulur. Çünki MİDA əvvəldən ya evləri satır, ya da onlayn satışa qoşulanlar sistemdə əngəllərlə üzləşir.
Tarix: 31-07-2023, 22:50