Suraxanıda Məhəllə Yolları Acınacaqlı Vəziyyətdədir – İcra Başçısı Hara Baxır? Fotolar



Xəbəral.az xəbər verir ki, dəfələrlə Suraxanı məhəllə yollarının bərbad vəziyyətdə olmağı ilə bağlı mətbuat da müxtəlif yazılar yazılsa da hələ də aidiyyatı qurumlar və Suraxanı icra hakimiyyəti bu məsələyə biganə yanaşır.
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağları adlanan ərazidə yaşayan sakinlər Xəbəral.az-a şikayətlərini bildiriblər. Sakinlər vurğulayıblar ki, müvafiq qurumlardan kömək ala bilmədikləri üçün məsələni ictimailəşdirmək qərarına gəliblər.
 Sakinlər bildiriblər ki, qeyd olunan ərazidə yollar çox acınacaqlı vəziyyətdədir:
“Biz sakinlər Suraxanı rayonunda “kondisioner bağları” kimi tanınan, ticarət mərkəzi ilə üz-üzə salınmış Hövsan bağlarında yaşayırıq. Uzun müddətdir ki, ara küçələrin asfaltlanması ilə bağlı aidiyyəti orqanlara, o cümlədən Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Lakin müraciətlərimiz bu günə qədər heç bir nəticə verməyib. Ərazidə vəziyyət çox acınacaqlıdır. Belə ki, avtomobillərin ara küçələrdə mütəmadi hərəkəti və güclü külək zamanı yaranan toz kütlələri səbəbindən həyətyanı sahələrdə yaşamaq mümkün deyil. Xüsusilə qış aylarında yağıntı olan kimi günlərlə sakinlər əziyyət çəkirlər. Aidiyyəti qurumlardan bununla bağlı maraqlanan yoxdur”,-deyə onlar qeyd ediblər. 
Həmin ərazidə yaşayan sakinlərin şikayət ərizəsini sizlərə təqdim edirik.
Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin mövqeyinin öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Tarix: 6-08-2023, 12:04
Xəbəri paylaş





Xəbər lenti