Deputatın şirkətində narazılıq - "Kontakt Home" işçinin pulunu mənimsəyir?
"Kontakt Home" mağazası, görünən odur ki, şikayətləri çox sevir. Bir növ qidalanır. Əks halda işçilərinə ya düz-əməlli təlimat verə bilmir, ya işçiləri təlimat hərləmir, ya da ki, indi yazacağım məsələdə işçilərilə eyni ağıldadır". Bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Emil İsmayıl adlı istifadəçi giley edir. Daha sonra narazı vətəndaş yazır: "Demək, günorta Ukrayna dairəsi yaxınlığında yerləşən filiala yaxınlaşdıq. Kabelsiz maus (siçan) seçdik. Mausun vitrində qiyməti 21.99 AZN-dir. İşçi nəsə kompda əlləşdi, bir kağız parçası verdi, göndərdi kassaya. Kassada kassir deyir ki, 25 AZN ödəyəcəksiniz.
Təbii ki, razılaşmayıb, geri satıcıya döndük. Satıcı ilə baş satış məsləhətçisi vəzifəsini daşıyan əməkdaşa yaxınlaşdıq. Sən demə, qiymət qalxıbmış, bunlar düzəliş etməyibmiş və əla bir cümlə qurur "istəyirsinizsə və 25 AZN ödəyə bilirsinizsə, ala bilərsiniz." Mən hardasa eşitmişəm ki, belə hallarda vitrin qiyməti əsas götürülür. Bir çox mağazalar belə yanaşır vəziyyətə. Onu da eşitmişəm ki, adətən fərqi qiymətə düzəliş etməyən işçinin boynuna yükləyirlər. Hansı ki, qəbuledilməzdir.
Onsuz da o işçiyə az qala minimum əmək haqqına yaxın maaş verirlər. İndi bu məsələdə Kontakt Home-un mövqeyi maraqlıdır. Vitrin qiyməti əsasdır, yoxsa "indi qiymət belədir, istəsəniz, ödəyə bilirsinizsə, qiyməti" əsasdır? Və digər sual. Sizdə bu fərq necə tənzimlənir? Qiyməti dəyişməyən əməkdaşdan tutursunuz pulu? Əgər elədirsə, yaxşı ki, dava zad salmamışam orada. İşçiyə ziyan dəyməsini istəməzdim".
Vətəndaşda narazılıq yaradan "Kontakt Home" şirkətinin deputat Elnur Allahverdiyevə aid olduğu deyilir...
Qarşı tərəfi də dinləməyə hazırıqAZƏRBAYCANREALLIĞI.COM
Tarix: 7-08-2023, 13:25