Ələddinin SEHİRLİ YEYİNTİSİ... - TƏK YEYƏN DƏ O DEYİL...


Bu ilin mart ayında Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat idarəsinin rəisi Elçin Zülfüqarov vəzifəsindən azad ediləndə işçilərdə ümid yarandı ki, aparılan kadr islahatları əliqabarlı neftçilərin marağına cavab verəcək. Amma aydın oldu ki, Elçin Zülfüqarovun yerinə gətirilən Ələddin Məmmədov da elə köhnə üsullarla işləməkdən savayı ayrı bir yol tanımır. Yenə də köhnə hamam, köhnə tas... DİA.AZ qeyd edir ki, məhz bu səbəbdən sözügedən idarədəki özbaşınalıqlarla bağlı yerli KİV-dən gileylər səngimir.

Belə bir növbəti gileyi Neftçilərin Hüquqularının Müdafiəsi Təşkilatının sədri, tanınmıhüquq müdafiəçisi Mirvari Qəhrəmanlı təqdim edib. DİA.AZ olaraq xatırladaq ki, aşağıda toxunulan məsələ ilə bağlı bir dəfə material təqdim etmişdik...

YAZISI BURADA: İşçilərin ezamiyə pulunu kəsirlər... - AXI NİYƏ?!

O zaman SOCAR Kompleks Qazma İşləri Trestinin rəisi Pirim İsayevin işçilərin ezamiyə pulunu cibişdanına ötürməsi faktını işıqlandırmışdıq. Bu dəfə isə bir neçə ünvanda yeyinti faktı var...

Mirvari Qəhrəmanlı yazır: " "Ezamiyyə xərcləri" siyasəti şirkətin bir neçə strukturunda müşahidə olunur.Yoxlanılmasına ciddi ehtiyac duyulur.Bilmək istərdim, bu siyasətdən korrupsiya ,yaxud qeyri peşəkarlıq iyi gəlir?
Ezamiyyə xərclərini işçiyə cibinizdən ödəyirsiniz ki,cənab müdir?
SOCAR nəqliyyat idarəsinin Ələddin Məmmədov ezamiyyətə göndərdiyi işçilərin ezamiyyə xərclərini tam ödəməkdən imtina edir:
Xatırlatma! Məllim, cənab rəis və onun müavinləri!! Ezamiyyə xərci əmək haqqı deyil,elə ezamiyyə xərcidir. Neçə günlüyə göndərmisiniz,o qədər də günün pulunu ödəməlisiniz. Savadınıza sizi o vəzifəyə təyin edənlər quzu kəssin elə!
Cənab rəis qanun deyir ki:
-Ezamiyyə barədə əmri olan işçinin nəzərdə tutulan ezamiyyə yerinə gedib-qayıtması, bu barədə ezamiyyə vərəqində müvafiq qeydin edilməsi, möhürlə təsdiq edilməsi, xidməti tapşırığı yerinə yetirməsi, həmin İşçinin ezamiyyədə olmasını təsdiq edir, ona əmək haqqının və ezamiyyə xərclərinin AR Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan qaydada ezamiyyə pulu alma hüququ verir.
Şikayət:
- Deməli biz aylıq bölgələrə ezam olunuruq. Azəriqazin və ya digər təşkilatların sifarişi ilə. Bizim ezamiyyə xərclərimiz nəinki əvvəlcədən ödənilir, hətta növbəti ayın ortqlarına qədər uzadılır. Uzadılmaqla yanaşı ezamiyyə xərclərimizdən əsassız vəsait tutulur. Guya ezamiyyətdə həftə sonları işləmirik deyə. Amma Bizə verilən Ezamiyyə vərəqində 30 gün qeyd olunur odəniş isə 22-23 günün ödənişi olunur. Mühasibatlığdan da heç bir açıqlama vermirlər.
-SOCAR nəqliyyat idarəsinin 2 saylı texnoloji nəqliyyat Departamentinin yeni teyin olunmuş iqtisadiyyat uzre muavini bizlerin pulunu kesir. 31 günlük ezamiyyətə gedirik . Bazar gunlerini kesir vermir.Deyir men bele isteyirem kesirem. Aciz durumdayiq . Bu istide neqliyyat vasitelerinde hec bir soyutma sistemi olmadan yuk maşinlarini idare edirik gun erzinde 10 -15 man suya pul veririk neticede bizim ezamiyye xercini kesirler . Ezamiyyete Azeriqaz IB butun rayonlarda qaz ceklishlerini heyata keciririk. ezamiyyet muddeti ayin teqvimininine gore 1 ay muddetine nəzərdə tutulur.
Cənab rəis, və qaraj müdirləri! Qanun onu da xatırladır ki:
-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən İşçinin: ezamiyyə xərclərinin, məzuniyyət və əmək haqlarının-qanunvericiliklə nəzərdə qaydada ödənilməsində tutulmuş müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər 700 manatdan - 1500 manatadək məbləğdə cərimə edilir.
Sonda: Cənab vəzifə sahibləri!İşçinin ezamiyyə pulundan qeyri qanuni tutduöunuz vəsaitlərin sonrakı taleyi necə olur..."

Məsələ ilə bağlı Siam.az olaraq bütün əlaqədar qurum və şəxslərin mövqelərini işıqlandırmağa hazırıq...
Tarix: 16-08-2023, 10:01
Xəbəri paylaş





Xəbər lenti