Ağır onkoloji xəstə ÇIXILMAZ DURUMDA... - NƏ ETSİN?


"Bacım 1 uşağı ilə Abşeron rayonu Xırdalan şəhərində yataqxana qeydiyyatında idi, 6 aydır ki onu qeydiyyatdan çıxarlblar. Bacımın evi Bayıl ərazisində - köhnə binadadır". DİA.AZ bildirir ki, bu barədə Bakı sakini Jalə Səidi giley edir.

Daha sonra hüquqi yardıma ehtiyaclarının olduğunu, eyni zamanda dövlətin dəstəyi üçün müraciət etdiyini bildirən vətəndaş qeyd edir: "Binalar sökülüb və az hissəsi qalıb. Orada yaşayanların hamısı məcburi köçkünlərdir. Bacımın da rəhmətlik yoldaşı Füzuli rayonundan idi.

Onlara söz veriblər ki bura söküləcək və sizi hökumət yerləşdirəcək haralarasa... Bacım indi qeydiyyata düşmək istəyir qohum evinə. Amma ona deyiblər ki sistemdə qeydiyyatda olduğun görsənərsə hökumət "sənin öz evindir" deyib sənə ev verməz.

Bacım onkoloji xəstədir, tez tez müayinə olunmalıdır, qeydiyyatı olmadığı üçün xəstəxana hər dəfə problem yaradır.

Mən bilmək istəyirdim ki, qeydiyyata düşərsə qohum evinə... Gələcəkdə evləri söküləndə hökumət ev verməyə bilərmi? Əsas gətirə bilərlərmi ki qeydiyatdakı ev sənindir, və ya payın var orda...."

Məsələ ilə bağlı bütün açıqlamaları yaymağa hazırıq...
Tarix: 16-08-2023, 14:28
Xəbəri paylaş





Xəbər lenti