Keçmiş işçisi DSMF-i məhkəməyə verdi
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçmiş işçisi Hüseyn Nuri qurumu məhkəməyə verib.
Onun iddiası Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədovun icraatındadır.
Noyabrın 30-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
Hüseyn Nurinin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumdur. \\Valyuta.az
Tarix: 26-10-2023, 22:00