"Qazilərlələ bağlı QHT-lərin fəaliyyəti sıfırdır" - ETİRAZ

 
"Qazilərlələ bağlı QHT-lərin fəaliyyəti sıfırdır. Onlar qaziləri tam əhatə edib, maarifləndirmə işləri apara bilmirlər. Xüsusilə də bölgələrdə". DİA.AZ bildirir ki, bunu son günlər Qazilərlə bağlı problemlərin artmasına reaksiya verən tanınmış jurnalist Zülfüqar Xeyirxəbərov deyib.

Jurnalist daha sonra qeyd edib: "Nəticədə qazilər öz problemləri ilə bağlı müraciət etməli olduqları ünvanları səhv salırlar. Yerli icra hakimiyyəti oqrqanlarında kifayət edər öz vəzifə səlahiyyətlərini bilməyən iki ayaqlı məxluqlar var, bu öz yerində, ancaq qazilərimizə izah etmək lazımdır ki, icra hakimiyyətləri pul paylayan orqan deyil. Xəstəliklə bağlı icra hakimiyyətlərinə müraciət edib "mənə pul verin, müalicə olunmalıyam" və ya "dərman almağa pul verin" demək doğru deyil.

Bunun üçün müvafiq qurumlar var. Səhiyyə Nazirliyi var, ƏƏSMN var və ya hesab edirəm ki, qazilərimiz səhhətləri ilə bağlı məsələlərlə bağlı Müdafiə Nazirliyinin hospitalllarına da müraciət edə bilərlər. Amma hansısa qurumdan pul istəmək, QAZİ adına yaraşacaq hərəkət deyil. Və yaxud da "mən qaziyəm, mənə hər şey olar" prinsipi ilə yaşamaq, qanunları çeynəmək, dövlət nömrə nişanı olamdan avtomobil sürmək, cərimələri ödəməmək və sair hadisələr onları gözdən salır.

Hesab edirəm ki, bu sahəyə aid QHT-lər öz fəaliyyətlərində bunu nəzərə alacaqlar. Əgər iş görə bilmirlərsə, dəvət etrsinlər, layihələr verək, iş görək. QHT-lərə Dövlət Dəstəyi Şurası da növbəti müsabiqələrdə bu sahəyə daha çox diqqət ayırmalıdır".
Tarix: 28-10-2023, 19:18
Xəbəri paylaş





Xəbər lenti