AYNA-nın qoçuları: mətbuat katibindən tutmuş parkingçilərinə qədər...


Əvvəllər bu işi icra edənlərə nəqliyyat qoçuları deyirdilər. Heç kəsə sirr deyil ki, bu qoçular ölkədə sanki kriminal-avtoritetliklə məşğul idilər. Bir tikə çörək qazanmaq üçün yola çıxan sürücülərin başına daha hansı oyunları gətirmirdilər ki? 

Sonra tale elə gətirdi ki, bu qoçuların fəaliyyətinə kökündən son qoyuldu, onların fəaliyyəti ləğv edildi və qoçular gorbagor oldu. 

Amma deyəsən, bu Azparkingdir, Aynadır, nədirsə - həmin ölmüş qoçuları diriltməyə və onların kriminal-avtoritetlik fəaliyyətini davam etdirməyə başlayıblar. Amma unutmasınlar, onların taleyinə baxıb addım atsınlar. 

Qardaş, adam evinin, iş yerinin qarşısında avtomobilini saxlaya bilmir, bu qoçular dərhal tökülüşüb parkin ödənişi etməyi tələb edirlər. İndi səhərdən axşama qədər işləyən adam 10 saata görə 10 manat necə ödəsin? 

Çox maraqlıdır, AYNA-nın Azparking-in cəmiyyətdə narazılıq yaratmasının kökünə nə dayanır? Bununla nəyə nail olmaq istəyir? 

Bu kimi onlarla sualımız cavab gözləyir. Amma təəssüflər olsun ki, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinə təhkim olunmuş məsul şəxs olan Tural bəy Orucov nə zəngləri açır, nə də bir münasibət bildirir. Hələ suallara cavab vermək o yana qalsın. Görünür, bu qardaş da özünü parkingçi əməkdaşlarına oxşadır və qoçuluq edir. 

Hörmətli, Tural Orucov, buna son qoyulmalıdır və ölkədə narazılıqlara səbəb olan bu addımın qarşısı alınmalıdır. Ogünlərdə meydana çıxan hansısa Azparking və ya güzgü-müzgü ölkədə həyata keçirilən bütün dövlət əhəmiyyətli işlərə, islahatlara, quruculuq və abadlıq işlərinə, xalqın sosial rifahının yaxşılaşdırılması üçün atılan addımlara kölgə salmamalıdır! 

Bu xalqın Ali Baş Komandanının yürütdüyü siyasətə xələl gətirmək heç bir quruma və onun rəhbərinə başucalığı gətirməz.

Toğrul Allahverdili
Tarix: 4-11-2023, 14:55
Xəbəri paylaş





Xəbər lenti