Kommunal xidmətlərin qiyməti artırılanda veteran pulu da avtomatik artırılsın - TƏKLİF

Müharibə veteranları üçün 80 manat müavinət müəyyənləşəndən sonra kommunal xidmətlərin qiyməti də artıb. Ona görə də veteran pulunun artırılmasına ehtiyac var.
 
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
 
Deputat bildirib ki, son qiymət artımları nəzərə alınmaqla, müavinətin yeni məbləğinin müəyyənləşdirilməsi məqsədəuyğun olardı: “Təklif edirəm ki, veteran pulunun məbləği ilə kommunal xidmətlərin qiymətinin dəyişməsi arasında əlaqəni nəzərə alan formula hazırlasın. Kommunal xidmətlərin qiyməti artırılan zaman veteran pulu da avtomatik artırılsın. Bununla veteran pulunda qiymətlər nəzərə alınmaqla artımlar mümkün olar”.
 
APA
Tarix: 4-11-2023, 23:39
Xəbəri paylaş





Xəbər lenti