Ölkəmizdə pensiya yaşının azaldılması tez-tez müzakirə olunan məsələlərdəndir. Pensiya yaşının yüksək olması cəmiyyətdə narazılıq doğuran amildir. Millət vəkilləri də bir neçə dəfə sosial islahatlar çərçivəsində pensiya yaşının azaldılmasını təklif ediblər. Zaman-zaman pensiya yaşının 55-60-a endirilməsi ilə bağlı cəmiyyətdə təkliflər səsləndirilir, müzakirələr gedir. Dövlət Statistika Komitəsindən
Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, son bir ildə 55-64 yaş aralığında olan 4439 qadın və 8245 kişi pensiya yaşına çatmadan dünyasını dəyişib.