Muxtar müəllimin bu DƏMDƏSTGAHDAN XƏBƏRİ VARMI? - İLGİNC İDDİALAR...

Muxtar müəllimin bu DƏMDƏSTGAHDAN XƏBƏRİ VARMI? - İLGİNC İDDİALAR...
1 və 11saylı Regional Meşə Təsərrüfatı Mərkəzlərindən daxil olan çoxsaylı məlumatlara əsasən, Meşələrin Inkişafı Xidməti hər 3 ildən bir meşə işçilərinin rəhbər vəzifəli şəxslərinin, guya bilik səviyyəsini yoxlamaq məqsədi ilə hər ilin oktyabr-noyabr ayları attestasiya imtahan keçirir

Keçirilən imtahanlar hər il olduğu kimi Xidmətin rəhbər vəzifəli şəxsləri tərəfindən saxtalaşdırılır.
Deməli, hər il attestasiyadan bir gün öncə həmin rəhbər vəzifəli şəxslər Masallı rayonuna gəlir və onlar üçün misli görülməmiş "ziyafət" məclisi təşkil olunur.
Yaxşıca yeyib-içirlər. Onlara tapşırılan işçilərin siyahısı, aldığımız məlumatlara görə, bir də "haqq-hesab"ı verilir. Onlar da atessasiya imtahanında rahatca onlara köməklik edirlər.

1 və 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin işçilərinin yalançı attestasiya imtahanı 2023-cü ilin 14 noyabrında keçirilməlidir.

Mənbənin bildirdiyinə görə, artıq həmin attestasiyadan kimlərin yaxşı nəticə əldə edəcəklərinin siyahısı hazırlanıb.

Biz də gedən prosesləri izləyib attestasiyanın yekun nəticələrini gözləyirik.
Sizə attestasiyanın nəticələri barədə geniş məlumat verəcəyik və həm də bu barədə redaksiyamız tərəfindən saxtakarlıq edən şəxslər barədə Baş Prokurorluğa sorğu də göndəriləcək.

P.S. Attestasiyanın nəticələri tək 1 və 11 saylı Regional Meşə Təsərrüfatlarında deyil, gidər Mərkəzlərdə də saxtalaşdırılır.
Bir sözlə bu yalançı attestasiya da nə məqsədilə keçirilməsi açıq-ydın bəllidir.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.
Mənbə: "Azerinfo"
Teref: Xocanın Blogu
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Tarix: 13-11-2023, 21:46
Xəbəri paylaş





Xəbər lenti