"İşsiz insanlara yardım versək, onlar işləməyəcək" - Nazir müavini


İşsiz insanlara ünvanlı sosial yardım versək, onlar işləməyəcəklər.

Siam.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanununun layihəsinin müzakirəsi zamanı deyib ki, bəzən suallar verilir ki, bəzi ailələr həm işləyir, həm də ünvanlı dövlət sosial yardımı alır.

Nazir müavini qeyd edib ki, ünvanlı sosial yardımın fəlsəfəsi ayrıdır: “Yəni işsiz insanlara bu yardımı versək, onlar işləməyəcəklər”.
Tarix: 16-11-2023, 22:28
Xəbəri paylaş





Xəbər lenti