ABTOBUSUN NƏ QAPISI AÇILIR, NƏ İŞIQLARI YANIR – ŞİKAYƏT

ABTOBUSUN NƏ QAPISI AÇILIR,  NƏ İŞIQLARI YANIR – ŞİKAYƏT


Ötən ildən “Bus Trans” MMC-nin müvəqqəti istismarında olan 206 nömrəli müntəzəm marşrut xəttinin bəzi avtobuslarının nə qapısı açılır, nə də avtobusun salonunun işıqları yanır. Üstəlik ödəniş aparatı da işləmir.
Tribunainfo.az yazır ki, bu problemi sosial şəbəkədə jurnalist Samir Soltanov yazıb. Lökbatan qəsəbəsindən “Elmlər Akademiyası” metro stansiyası xətti üzrə hərəkət edən avtobus bir neçə gündür ki, bu cür işləyir.
S.Soltanov bildirib ki, hələ bu ilin yanvar ayında ödəniş aparatları quraşdırılan avtobusda artıq aparatlar sıradan çıxıb, nəzarət edən isə yoxdur:
“Aparat işləmir. Pulu da nağd şəkildə alırlar. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tədbir görməlidir. Aidiyyəti quruma dəfələrlə bu marşrut xətti ilə bağlı şikayətlər edilsə də, nəticə göz qabağındadır”.

 
Tarix: 17-11-2023, 14:32
Xəbəri paylaş





Xəbər lenti