Xezerxeber.az xəbər verir ki, vətəndaşlar qaza qənaət etmək üçün bəzən otaqlardakı radiatorları bağlayırlar
Ekspertlər bunun onlara baha başa gələ biləcəyini deyir.
İstilik və soyutma sistemləri üzrə mütəxəssis Xaliq Abdullayev deyir ki, vətəndaşlar qaza qənaət etmək üçün kombiyə qoşulu olan 5 radiatorun 3-nü bağlayırlar. Bu isə suyun dövriyyə sisteminə problem yaradır ki, hesablayıcı nasos qurğusunun işi pozulur.
Xaliq Abdullayev deyir ki, əgər vətəndaşlar kombidən istifadə edərkən qaza qənaət etmək istəyirlərsə, bunun üçün xüsusi otaq temperatoru ilə tənzimlənən cihazlar var və ya radiatoru bağlayarkən mütlər dövriyyə nasosuna da dəyişiklik edilməlidir. Mütəxəssis onu da əlavə edib ki, kombinin tez-tez sönüb yanması elektronik platanın və ya hansısa digər mühüm ehtiyat hissəsinin sıradan çıxması ilə yanaşı həm də, bəzən ani alışmaya da səbəb ola bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: