`Azərlotoreya` ağlına gələn rəqəmləri təqdim edir, amma.. - BİR ARAŞDIRAN OLSA...
Azerlotereya ASC-nin reklam və marketinq xərcləri 2021-ci ildəki 884 min manatdan (883,843) artaraq 2022-ci ildə nə az nə çox 12 milyon manata (11,865,930) çatıb. Düşünürəm və araşdırıram ki, fəaliyyəti ölkənin, xalqın rifahına hesablanmış hansı müəssisənin təkcə reklam və marketinq xərci bu qədər olub?!ASC-nin maliyyə hesabatındakı digər sıçrayışlı artımlar dodaq uçuqladır. Amma...
***
Biz də deyirik camaat niyə vardan-yoxdan çıxıb lotereya bileti alır. Bu qədər reklam adamı intihara da sövq edər...
Müəllif: Həbibə Abdulla, jurnalist
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
QEYD: "Azərlotereya" niyə Mükafat Fondunu gizlədir?? Dünyada lotereya oyunlarında Mükafat Fondu satılan biletlərdən formalaşır. Bizdə bu naməlumdur. Nə qədər bilet satılır? Nə qədəri Mükafat Fonduna qoyulur? Sirri-xudadır.
Tarix: 22-11-2023, 07:57