Həyata keçirdiyi davamlı və faydalı layihələri ilə cəmiyyətə töfhə verən “Nar” zəngin korporativ
sosial məsuliyyət (KSM) təcrübəsini ADA Universitetinin tələbələri ilə bölüşdü. Təqdimat “Nar”ın KSM strategiyasının müəllifi, Korporativ Ünsiyyət departamentinin direktoru Əziz Axundov tərəfindən keçirildi.Təqdimatda bizneslərin sosial məsuliyyəti mənimsəməsi, KSM strategiyasının yaradılması, müsbət
fərq yaradan sosial layihələrin icrası və onların davamlılığının təmin edilməsinin əhəmiyyəti
vurğulanıb.
Uğurlu model olaraq, “Nar”ın KSM strategiyasının əsas istiqamətləri – fiziki məhdudiyyətli
şəxslərə dəstək, təhsilə və maarif və milli ənənələrin yaşadılması yönündə həyata keçirilən
layihələr haqqında geniş məlumat verilib.
Xatırladaq ki, bir neçə ay öncə “Nar”ın “Azərbaycan işarə dilində ilk elektron lüğəti – jestdili.az”
sosial layihəsi dünya üzrə ilin ən yaxşı KSM layihəsi kimi mükafata layiq görülmüşdü. Beynəlxalq
İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Qızıl Dünya Mükafatı”na layiq görülən “Nar”
bənzər mükafata 2019-cu ildə fiziki məhdudiyyətli şəxslər üçün keçirdiyi “Təlim məktəbi” sosial
layihəsi ilə layiq görülmüşdü.
Cəmiyyətə faydalı və eləcə də, qlobal miqyasda tanınan sosial layihələri həyata keçirən “Nar”ın
məqsədi həm də uğurlu KSM təcrübəsini gələcəyin biznes idarəedicilərinə tanıtmaq, onları sosial
məsuliyyətli biznes strategiyası qurmağa təşviq etməkdir. Korporativ sosial məsuliyyət sahəsində
gerçəkləşdirilən layihələrlə nar.az/projects səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə
Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət
təqdim edir.
Tarix: 24-11-2023, 16:16