"Azəristiliktəchizat" ASC-nin bu "alış-veriş"i baş tutmadı
"Azəristiliktəchizat" ASC-nin "Müxtəlif mal və materialların satın alınması" ilə bağlı elan etdiyi tender ləğv edilib 32ginaz xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır. Bu da DSQ 11.1-ci maddəsi ilə tənzimlənir. Xatırladaq ki, “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyevdir.