Sabahdan üç rayonda qaz kəsiləcək


“Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Azadqaraqoyunlu-Ağdam” yüksək təzyiqli magistral qaz kəmərinin “Yevlax-Naxçıvan” qaz kəmərinə birləşdirilməsi ilə bağlı 29 noyabr 2023-cü il saat 08:00-dan etibarən işlər başa çatanadək “Kətəlparaq”, “Tərtər 2” və “Ağdam 4 Yol” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Bərdə, Tərtər və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Tarix: 28-11-2023, 21:31
Xəbəri paylaş





Xəbər lenti