Ələt sakinləri: “Bu qədər də olmaz axı, kənd bələdiyyəsi hara baxır?”



Qaradağ rayonu, Ələt qəsəbəsinin Şıxlar bağ massivində yaşayan insanlar kanalizasiya və yol problemindən əziyyət çəkirlər. Buna görə də bir qrup vətəndaş etiraz edib.
Sakinlər bildirirlər ki, yolların bərbad vəziyyətdə olması yağışlı havalarda gediş-gəlişin məhdudlaşmasına səbəb olur. Həmçinin onlar deyirlər ki, yaşadıqları ərazidə zibil qablarının olmaması mövcud ərazilərdə antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır.
Sakinlər bildirirlər ki, mövcud problemlərlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemin həllinə dair heç bir tədbir görülməyib.
Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən cavab almaq mümkün olmadı.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəisi Anar Cəbrayıllı isə bildirib ki, bu ərazilərdə kanalizasiya infrastrukturu mövcud deyil və 2023-cü il ərzində də quraşdırılması planlaşdırılmır.
Meydan TV
Tarix: 29-11-2023, 23:29
Xəbəri paylaş





Xəbər lenti