AXI NİYƏ: Bakıda parklanma soyğunçuluğu... - Yeni binalara köçən sakinləri cərimələyirlər

AXI NİYƏ: Bakıda parklama soyğunçuluğu...
Bakıda sökülərək yenidən tikilmiş binaların sakinləri yeni mənzillərinə köçdükdən sonra parklanma ilə bağlı problemlə üzləşiblər. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat verib. Belə ki, Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 11 ünvanında yerləşən binanın sakinlərindən parklanma pulu yığılır.
Taleh Mahmudov adlı sakin bildirib ki, sözügedən ərazidə yaşasa da, hər gün ondan avtomobilini binaya yaxın, yol kənarında saxladığı üçün parklanma pulu alınır. Sakin bildirib ki, Azparkinq mobil tətbiqində qeydiyyatdan keçərək fərdi parklanma talonu üçün müraciət etsə də, ona 15 gün ərzində cavab veriləcəyi bildirilib.
"Belə çıxır ki, müraciətimə baxana qədər mən hər gün parklanma üçün ödəniş etməliyəm" - T.Mahmudov şikayətlənib.
O, bildirib ki, Nərimanov rayonu, Qarabağ küçəsi 11 ünvanı onun daimi qeydiyyat ünvanıdır. Yeni parklanma qaydalarına əsasən isə yaşayış yeri üzrə sakinlər üçün parklanma ödənişsizdir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-a bildirilib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər. Müraciətə baxılma müddəti isə 15 gündür. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb.
Qurumdan onu da bildiribləri ki, parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır. Eləcə də nəqliyyat axınının tənzimlənməsinə, şəhərin nəqliyyat infrastrukturuna, piyadaların və sürücülərin təhlükəsizliyinə, şəhərin əlçatanlığının və ümumilikdə dayanıqlı şəhər mobilliyinin inkişafına təkan verir.
Tarix: 30-11-2023, 10:36
Xəbəri paylaş





Xəbər lenti