Muxtar Babayev Vüsal Talıblı ilə bağlı niyə tədbir görmür? - Yüz hektarlarla fond torpağı gizli icarəyə verilib
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüsal Talıblı meşə ərazilərinin yararlı torpaqlarının böyük hissəsini müxtəlif şəxlərə icarəyə verib.Ötən həftə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondunda əməliyyat həyata keçirdi. Prokroluğun rəsmi açıqlamasında bildirildi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondunda istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudov qanunsuz əməllərə görə həbs olunub. Toplanmış ilkin sübutlar əsasında Sadiq Salmanova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri, Rəşad Mahmudova isə həmin Məcəllənin 311.3.1-ci maddəsilə ittiham elan edilib və onların hər ikisi barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırma və həbs qətimkan tədbirləri seçilib.
Ekologiya və Təbii Sərvətlər nazirliyində gəlirli yerlərdən birinin məhz meşə sahələri olması hər kəsə bəllidir. Bir çox meşə idarələrinin rəhbərləri gizli şəkildə meşə torpaqlarının bir hissəsini müxtəlif adamlara icarəyə verməsi, daha məhsuldar olan əraziləri isə yaxın ətraflarına məxsus adamların adlarına rəsmiləşdirməsi ilə bağlı mətbuatda dəfələrlə məlumatlar yer alıb.
Belə məmurlardan biri də Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüsal Talıblıdır.
AzFakt.com saytına daxil olan məlumatda bildirilir ki, Vüsal Talıblı dövlətə məxsus meşə ərazilərinin yararlı torpaqlarının böyük hissəsini müxtəlif şəxlərə icarəyə verib. Həmçinin direktorun bəzi əraziləri özü əlkdiyidə qeyd edilir. Vəzifəyə təyin ediləndən torpaq icarəyə verilməsi işinə girişən Vüsal Talıblının bu işdən yaxşı qazanc əldə etdiyi bildirilir.
Qeyd edək ki, ölkə mətbuatında Vüsal Talıblının Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilməsi üçün 70 min manat xərc çəkdiyi iddia edilirdi.
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
SİAM.AZ
Tarix: 30-11-2023, 15:04