Turizm Agentliyi xaricdə təbliğat işlərinə 1,7 milyon – SƏRF EDƏCƏK
Dövlət Turizm Agentliyi “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Yaxın Şərq və Asiya ölkələrində xaricdə təbliğat işlərinin yerinə yetirilməsi ilə bağlı xidmətlərin satın alınması” tenderinin nəticələrini elan edib.
Tenderin qalibi “Max Print” MMC olub. Şirkətlə 1 798 178 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə Qazaxıstanda tibb sənaye nümayəndələri üçün Azərbaycanın tibbi turizmi ilə bağlı seminarların təşkili – noyabr , Özbəkistanda media və yerli turizm nümayəndələri ilə işgüzar tədbirin təşkili, Hindistanda yerli turizm sənayesi nümayəndələri ilə yol şousunun təşkili, Hindistanda media ilə işgüzar tədbirin təşkili, Birləşmiş Ərəb Əmirliklərində media və yerli turizm nümayəndələri ilə işgüzar tədbirin təşkili, Səudiyyə Ərəbistanda yerli turizm sənayesi nümayəndələri ilə yol şousunun və ölkəmizin təbliği işlərinin təşkili, Oman, Küveyt və Bəhreyndə yerli turizm sənayesi nümayəndələri ilə yol şousunun və ölkəmizin təbliği işlərinin təşkili, Çin Xalq Respublikasında təbliğat xarakterli tədbirlərin təşkili, sərgilərdə iştirak, eləcə də çap və tərcümə xidmətlərinin göstərilməsi və Yaponiyada təbliğat xarakterli tədbirlərin təşkili, sərgilərdə iştirak, eləcə də çap və tərcümə xidmətlərinin göstərilməsi xidmətləri satın alınacaq.