`Soliton`dan ancaq giley edirlər... - "Heç nə almadıq... çıxdıq"


"Şikayətim "İnşaatçılar" metrostansiyası yaxınlığındakı "Soliton"dandır. Məişət texnikası almağa getdik... yalandan adımda "Kontakt home"da 60 gün gecikmə olduğunu bildirdi və mənə xəbər etmədən məndən aldığı nömrələri bir-bir yığmağa başladılar.

Dükanın adminstrasiyasındakı adam isə yuxarıdan aşağı baxırdı. Heç nə almadıq... çıxdıq.

"İrşad Telekom"da isə əksinə... çox gözəl qarşılama ilə isdədiyimiz mebeli aldıq".

`Soliton`dan ancaq giley edirlər...

Qeyd edək ki, bu barədə "Müştərinin Səsi" Sosial Qrupundakı paylaşımında Azər Əzizov adlı isifadəçi giley edib. Onun müraciətinə isə əksəriyyət dəstək verib ki, həmin müraciətə yazılmış rəylərdən birini təqdim edirik. Beləliklə, eyni müraciətə Nazim Rüstəmov adlı istifadəçi belə rəy bildirib:

""Soliton"dan telefon almaq istədim evə hədiyyə. Oturdum 1 saat. Xanım idi əməkdaş, o nömrə-bu nömrə... az qalır deyə "işdə müdirin də nömrəsini ver..."

Deyir "telefonu kimə alırsınız", dedim "evə hədiyyə alıram". Deyir, gərək soruşaq yoldaşınızdan... Dedim, daha nə hədiyyə oldu, sizə nə dəxli, düşürsə, ver... Belə dəki heç lazım deyil.

Getdim "Kontakt Home"dan götürdüm. İnandırım ki "Kontakt"da adımda eyni vaxtda 8 mobil telefon var idi, yaxınlarıma götürdüyüm. Həmçinin "İrşad telekom" da məni incitməyib, nə də mən onları. Sağolsunlar hər biri..."


Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Tarix: 4-12-2023, 09:43
Xəbəri paylaş





Xəbər lenti