İstilik sistemindən əziyyət çəkən sakinlər: Problem niyə həllini tapmır? - VİDEO

Artıq bir aya yaxındır ki, mərkəzi istilik sistemi işə salınıb, lakin Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Şamil Kamilov və Mahir Əmirov küçələrinin sakinləri bu istilikdən məhrumdurlar.
 
Sakinlərin sözlərinə görə, noyabrın 15-dən verilən istilik cəmi iki-üç gün davam edib.
 
Onlar qeyd ediblər ki, ərazi üzrə Mənzil İstismar Sahəsi (MİS) əməkdaşlarının da mövcud problemdən xəbərləri var.
 
Bildirilib ki, qəza baş verib, ancaq sözügedən qəzanın harada olduğunu bilən yoxdur.
 
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-dən bildirilib ki, ərazi üzrə problem araşdırılacaq.
 
Ətraflı Baku TV-nin süjetində:
 

 

Tarix: 6-12-2023, 10:01
Xəbəri paylaş





Xəbər lenti