Camaata xaricdən malı bu gətirir..: BUNUN ÖZÜNƏ QADAĞA QOYURLAR... - BU NƏDİ BELƏ?!
“Mover” MMC-nin təsisçisi Şəmistanlı Arif Hacı oğlunun ölkədən çıxışına qadağa qoyulur.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat).
İşə Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin təyin edilib.
Şəmistanlı Arif Hacı oğlunun təsisçisi olduğu "Mover" şirkəti 04.12.2015-ci il tarixində 100 manat sərmayə ilə yaradılıb.
05.12.2023 tarixinə əsasən şirkətin vergi borcu 3 805.02 manatdır.
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Tarix: 6-12-2023, 22:49