Muxtar Babayev meşə mafiyasına niyə DUR deyə bilmir? – Cənub meşələrindən dəhşətli görüntülər (VİDEO)
11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazində yeni kütləvi ağac qırıntıları faktı qeydə alınıb.
AzToday.az xəbər verir ki, ekofəal Məhəmməd Adiyevin yaydığı görüntlər meşələrin vəhşicəsinə məhv edilməsi ilə yanaşı nadir ağac cinslərinin merkantil maraqlar üçün kəsildiyini ortaya çıxarıb.
Bu arada qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yayılan görüntülərlə bağlı göndərdiyi yoxlama meşə mafiyasının əməllərini daha çox gizlətməyə xidmət edir. Belə ki, yoxlamaya gələn nazirlik əməkdaşları müəyyən təkliflərlə ekofəal Məhəmməd Adiyevi meşələrdən çəkilişləri dayandırmağa çalışıblar. Lakin ekofəal Məhəmməd Adiyev bununla razılaşmaraq, yoxlamaların obyektiv şəkildə aparılmasını tələb edib. Ekofəal AzToday.az-a açıqlamasında bildirib ki, meşələrdəki bütün qanunsuz qırıntı faktlarını çəkib ictimailəşdirməkdə davam edəcək…
Ekofəalın Yardımlı rayonu, Çayüzu meşəbəyliyinin Peştəsər və Dag Üzü kənd meşələrində qeydə aldığı yeni görüntüləri təqdim edirik:
Həmçinin, ekofəal Masallı rayonu Yeyənkənd meşəbəyliyinin ərazində 150-dən çox qanunsuz ağac kəsilməsi faktını da qeydə alıb:
Ümid edirik ki, nazir Muxtar Babayev və hüquq-mühafizə orqanları meşə mafiyasınıb əməlləri ilə bağlı lazımi tədbirlər görəcək. Orxan Məmmədli