“Sürət” karqo niyə nüfuzdan belə SÜRƏTLƏ DÜŞÜR… – İTTİHAM VAR…


Azərbaycan daşınma sektorunda cərəyan edən xaotik vəziyyət, hələ də davam edir. Şikayətlər, daha çox məhz karqoların özbaşınalığından və biganə münasibətindən qaynaqlanır. Müştəri yığana qədər vətəndaşın “nökəri”, müştəri yığandan sonra sonra isə “ağa”sı olan daşınma şirkətlərində yaranan yersiz özgüvən, təbii ki, sonda elə öz “başlarında çatlayır”; lakin o vaxta qədər, yüzlərcə müştəri, zərər görmüş olur.

Bu dəfə, yersiz özgüvən artıqlığından əziyyət çəkənlərə, “Sürət” karqo adlı şirkət əlavə olunub. “Yeni müştəriyə pulsuz 3 bağlama” kampaniyası ilə, bu yaxınlarda yeni bir “hücum” həyata keçirən karqo, yüzlərcə yeni müştəri qazandığını düşünüb və özünü “ağa” kimi hiss etməyə başlayıb. Və nə qədər gülməli olsa da, “Onsuz da pulsuz gətirmişik” deyərək, müştərinin bağlamasını …mənimsəmək eşqinə düşüb! Bəli, nə qədər əcaib olsa da məhz mənisəmək!
Bəli, “Sürət” karqonun, müştərinin bağlamasını itirməsinə inanmaq olardı. Məsələ burasındadır ki, itən bağlama, itə biləcək bir bağlama deyil! Yəni söhbət, adi, kiçik bir paketdən yox, nəhəng, 20kq-lıq bir bağlamadan gedir!
Adı, “Sürət” karqo olan, lakin tısbağa sürəti ilə hərəkət edən daşınma şirkəti, müştərinin bağlamasını nəinki gec çatdırıb, hətta ümumiyyətlə çatdırmayıb! Üstəlik də, dəyən zərəri kompensasiya etməkdən də yayınır! Müştərinin etdiyi müraciətləri isə “kamera görüntülərinə baxılıb, qərar veriləcək” deyərək, yola verir. 20 gündür ki, kamera görüntülərinə baxıb, qurtara bilmir. Görəsən o görüntülərdə şirkət nə görüb ki, açıqlaya bilmir. Bəlkə görüntülərə, hansısa yadplanetli və ya cin düşüb deyə, şirkət rəhbərliyi, məsələnin elmi izahını tapmaq üçün baş sındırır?!…
Üstəlik, itən bağlamanın statusunu da “təhvil verilib” şəklində qeyd edib.
Belə görünür ki, şirkət, bağlamanı ya yanlış müştəriyə verib ya da ki mənimsəyib.
Bağlaması buxarlanan Güli Zayid, sona qədər gedəcəyini və artıq Antiinhisar dövlət qurumuna şikayət ünvanladığını qeyd edir. O deyir: “Bağlamanın kateqoriyası, “yemlər” olaraq qeyd olunub amma əslində maddi ekvivalenti, hazırda 90 azn olan bir qida məhsulundan söhbət gedir. Şirkət ya bağlamanı qaytarmalıdır ya da dəyən zərəri ödəməlidir, əks halda ifşa olunmağa davam edəcək”.
Güli xanım, artıq feysbukda, karqo və müştəri qruplarında da şikayətini paylaşıb və nəticədə, məsələnin gündəmə gəlməsi ilə, Sürət karqo, indinin özündə belə, yüzlərcə potensial və real müştəri itiribdir. Bu da əlbəttə minlərcə manat zərər deməkdir.
Yəni, 90 azn qabağa düşdüyünü zənn edən avanturist şirkət, bəlkə də bundan 100 dəfə çox ziyana düşübdür. Hələ bu harasıdır! Problem, saytlarda gündəmə gələndə, Sürət karqonu, artıq bütün Azərbaycan, pis mənada tanıyıb, ondan gen gəzəcək.
“Nə əkərsən onu da biçərsən” deyib atalarımız…
Müştərini aldadan, bağlamanı vəd etdiyindən gec çatdıran, bəzən isə ümumiyyətlə çatdırmayan bir karqo, faydadan çox, ziyan, stress, itki deməkdir!(DİA.AZ)

Tarix: 11-12-2023, 15:46
Xəbəri paylaş





Xəbər lenti