Cənab nazir, 12 yaşlı serebral iflic olan uşağın pensiyası niyə kəsilib? VİDEO


Ucar rayonu Yuxarı Çiyni kənd sakini Ələkbərova Aynur Üzeyr qızı ölkə rəhbərliyinə şikayət ünvanlayıb.

Narazı vətəndaş yazır: "Mənim övladım 2011-ci ildə anadan olmuş Ələkbərov Anar Yaşar oğlu anadangəlmə serebral iflicdir. Bu xəstəliyə görə uşağıma təyin edilmiş əlilliyin müddəti bitdi deyə xəstəlik sənədlərini Tibbi Sosial Ekspertiza Komissiyasına göndərsək də, qanunsuz imtina verilib. Hansı ki, övladım Anar heç vaxt sağalan deyil.

Onun 12 yaşı olsa da, danışa bilmir... əqli geri ağır xəstədir. Onun paltarın mən geyindirirəm, mən yuyundurub, yeməyin yedizdirirəm. Xəstə övladıma əlillik təyin edilmədiyi üçün dolanışığımız çox ağırlaşıb. Ağır xəstəyə baxdığım üçün işləyə bilmirəm.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə müraciət edib xahiş edirəm: ağır, sağalmaz xəstə olan 12 yaşlı oğlum Anara əlillik dərəcəsi verilməsinə köməklik göstərəsiniz".

Tarix: 12-12-2023, 09:10
Xəbəri paylaş





Xəbər lenti