Xırdalan sakinləri Abşeron RİH-dən niyə narazıdır? - VİDEO



ARB TV-nin “Günə Son” verilişində Abşeron Rayon İcra Hakimiyyətindən narazı olan Xırdalan sakinləri barədə sujet efirə gedib.
Belə ki, Xırdalan şəhəri, 28-ci məhəllə 11A ünvanında yerləşən binanın damında təmir-bərpa işləri aparılır. Qəribəsi də budur ki, binanın dam örtüyünün dəyişdirilməsi qışın oğlan çağına təsadüf edib. Beşinci mərtəbədə yerləşən evlərin əksəriyyəti yaşayış üçün yararsız hala düşüb. Evləri su basıb, divarlar nəmlənib və elektrik xətlərində qısaqapanma yaranıb.
Yaranan vəziyyətlə ilə bağlı sakinlər narazılıqlarını ifadə ediblər.
Çəkliliş zamanı Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi telefonla əlaqə saxlayıb gələcəyini bildirsə də, gəlməyib.
Daha ətraflı video məlumatı təqdim edirik:
Tarix: 12-12-2023, 16:35
Xəbəri paylaş





Xəbər lenti