Məhkəmədə “Veysəloğlu” şirkətindən əmlak tələb edilir
Bakı Kommersiya Məhkəməsində “NPG Azerbaijan” MMC-nin “Veysəloğlu” MMC-yə qarşı iddiası əsasında məhkəmə başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 28-nə təyin edilib.
Qeyd: “NPG Azerbaijan” MMC-nin “Veysəloğlu” MMC-ni məhkəməyə verərək əmlak mübahisələri barədə tələb irəli sürüb.
Tarix: 13-12-2023, 10:36