Aeroportda 15 dəqiqənin içində çayın qiyməti 3 manatdan 5 manata necə qalxır? - Baş redaktordan ritorik sual...

Aeroportda 15 dəqiqənin içində çayın qiyməti 3 manatdan 5 manata necə qalxır? - Baş redaktordan ritorik sual...
Ünlü jurnalist Aqil Ələskər yazır:
Deməli, səhər aeroportun 2-ci terminalında bu kafedən 3 manata bir stəkan çay aldıq. İkinci dəfə çay istədikdə, növbə dəyişmişdi və satıcı qadın kartımızdan hər çaya görə 5 manat çıxdıqda, 15 dəqiqə ərzindəki qiymət artımının səbəbini soruşduq.
Hətta köməkçisinin belə çayın qiyməti ilə bağlı bizim mövqeyimizi bölüşən, ancaq bazar alverçisi təfəkkürü ilə aeroportumuzda xidmət göstərən və öz iddiasında qalan mübarəkin cavabı möhtəşəm idi:
- Səhər sizə axşamdan qalan boyat çay veriblər. Ona görə qiyməti elə olub.
Mən notfound, mən error!
Aqil Ələsgər
Siam.az


Tarix: 14-12-2023, 10:57
Xəbəri paylaş





Xəbər lenti