Zabrat qəsəbəsində yerləşən Sosial Sığınacaqda ACINACAQLI DURUM - "... qorxularından səslərini çıxarmırlar"
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Məzun Evinin keçmiş direktoru, hal-hazırda Zabrat qəsəbəsində yerləşən Sosial Sığınacağın direktoru görəvini tutan Rza Əhmədovla bağlı ilginc iddiaların yer aldığı material əldə etmişik.Həmin materialın bir hissəsini diqqətinizə çatdırırıq... Beləliklə...
"Zabrat qəsəbəsində yerləşən Sosial Sığınacaqda nə haqq var nə də ədalət. Uşaqlara nəzarət yoxdur, şiddət var əzab var. Yetim həqiqətəndə yetimdir... burada dövlət yoxdur.
Müdirimiz sığınacaqda yaşayan şəxslərin çirkli paltarlarının yuyulması üçün öz yaxınlarına məxsus olan firmayla razılaşıb hər ay firmaya külli miqdarda pul köçürür, amma çirkli paltarlar sığınacaqda işçilər tərəfindən yuyulur.
Sığınacağa yoxlama gələndə güya paltarlar sığınacaqda yuyulmur kimi göstərilir. Firmaya köçürülən pul isə müdir və firma arasında bölüşdürülür.
Sığınacağın yeməklə təmin olunması da eyni bu qaydadadır. Sığınacağa yemək iyrənc halda ucuz qidalardan hazırlanmış, əksər hallarda eyni yeməklər, köhnəlmiş vəziyyətdə gəlir. Bu yeməkləri heç it yeməz. Bu yeməkləri uşaqları vura-vura yedizdirirlər.
Burda yaşayan uşqalar və böyüklər yeməklərdən iyrənir, qorxularından isə səslərini çıxarmırlar.
Firmayla razılaşıb burada yaşayan şəxslərin sayını çox göstərirlər, sənədlərdə keyfiyyətli ət yeməkləri kimi göstərilir. Bu üsulla dövlət büdcəsini talayırlar..."
DAVAMI MÜTLƏQ OLACAQ...
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Tarix: 15-12-2023, 15:38