DİQQƏT! Xətai rayonuna nəhəng asteroid tipli konteyner obyekt düşdü - Səlahiyyətli şəxslər öhdəsindən gələ bilmir? (VİDEO)
Paytaxtın mərkəzi olan xüsusəndə metro stansiyalarının çıxışlarında son vaxtlar demək olar ki, kifayət qədər dönərxana və restoranlara rast gəlmək olur. Maraqlısı isə budur ki, bu hal Xətai rayonunun ərazisində yerləşən Xətai metro stansiyasının düz qarşısında, piyadalar üçün ayrılmış tratuarda görüntü dairəsini pozan, vətəndaşların bir başa gedişatına kobud şəkildə maneə yaradan, standardlardan kənar konteyner tipli dönərxana üçün nəzərdə tutulan məmurların gözünün pərdəsini tutan bir qanunsuz obyekt peydə olub. Bəli bəli düz eşitdiz, peydə olub. Gülünc nöqtəsi isə bundan ibarətdir ki, bu baş verən qanun pozuntuları, Xətai rayon İcra hakimiyyətinin bir addımlığındadır.Paytaxtın görünüş dairəsini pozan bu tip obyektin açılmasına qeyri-qanunu icazə verən şəxslər kimlərdir? hələ bunlar azmış kimi bu gün gördüyün kiçik restoran dipli dönərxanalar 1 aydan sonra görürsən ki, iki və yaxud da üç mərtəbəli restorana çevirirlər çünki bəzi işbazlar daha çox gəlir əldə etmək üçün himayadarlarınada çox görüm-baxım etməldirlər. "Azərbaycan Reallığı" xəbər verir ki, bu qeyri-qanuni səlahiyyətli şəxslərin,görə bilmədiyi bu nəhəng asteroida bənzər bu obyekt Xətai metro stansiyasının, bir neçə metrliyində ölkə başçısının hər il ziyarət etdiyi,Xocalı abidəsi ilə üz-üzə olan vətəndaşların magistral gediş-gəliş yeri olan yol səkisində görünməz qüvvələrin gücünə qoyulan naməlum konteynerdi. Vətəndaşların "Azərbaycan Reallığı"na dediklərinə görə bu konteinerə oxşar obyekt ticarət məqsədi üçün istifadə olunacaq, amma maraqlısı odur bir neçə gün bundan öncə Fövqaladə Hallar Nazirliyi həmin obyekti blomlamışdır. Təssüflər olsun ki, dövlətin blombunu sökən görünməz qüvvələr, FHN -nədə qanunsuzluqla qanuni meydan oxudular. Bu yazımızdan ümid edir ki, Xətai rayonun başçısı Rafiq müəllim görməzdən gəlməyərək, Xətai rayonuna düşən asteroidi zərərsizləşdirəcək.