Yarım milyon manat vergi borcu olan "TAKOREND TRADE" MMC məhkəmə qarşısında
"TAKOREND TRADE" MMC məhkəməyə verilib. 32gun.az xəbər verir ki, sözügedən QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə (İdarəçilik Qaydalari Əleyhinə Olan Inzibati Xətalar ) protokol hazırlanıb. Hazırlanmış protokol Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə işi hazırda hakim Nəriman Mehdiyevin icraatındadır. Əldə etdiyimiz məlumata görə, hazırda şirkətin dövlətə külli miqdarda vergi borcu var. "TAKOREND TRADE" MMC-nin hazırki vergi borcu 466709.05 AZN təşkil edir. Bildirək ki, nizamnamə kapitalı 10AZN olan şirkətin qanuni təmsilçisi Anar Əliyev Elçin oğludur.