"Hər tində açıb, sonra aradan çıxırlar": - 5 ildir asqıda qalan qanun

"Hər tində açıb, sonra aradan çıxırlar":
Ölkəmizdə son illər qanunda olan boşluqlardan istifadə edən lombardlar vətəndaşlardan mövcüd dəyərindən qat-qat aşağı qiymətə müxtəlif qızıl zinət əşyalarını girov götürür.

Bəzən də elə olur ki, vətəndaş kreditini ödədikdən sonra qızıllarını geri ala bilmir. Çünki lombard sahibi onlara vətəndaşın qızıllarını götürərək yoxa çıxır. Lombardların fəaliyyəti haqqında qanun qəbul edilmədiyindən, işbazlar vəziyyətdən istifadə edirlər.

Hüquqşunas Əkrəm Həsənov “Cebhe.info”-ya bildirib ki, lombardlarla bağlı qanun artıq 5 ildir ki, gündəmdədir:

“Gözlənilirdi ki, Mərkəzi Bank (AMB) lombardları lisenziyalaşdırıb üzərində nəzərət qoyacaq. Lakin gözlənilənlər baş vermədi. Bu səbəbdən ölkəmizdə lombardların fəaliyyəti qanunsuzdur. Çünki lombardlar öz pulları ilə kredit verməlidirlər, lakin öz pulları ilə deyil, kimlərdənsə borc alıb kredit verirlər. Bu da qanunsuz fəaliyyəti deməkdir”.

Hüquqşunas bildirib ki, lombardlara verilən girov qızılların taleyi çox zaman məlum deyil:

“Vətəndaşlar lombarddan kredit almaq üçün qızıl girov qoyurlar. Lakin lombardlar qızılı dəyişdirə və ya ələ keçirib vətəndaşı istədiyi formada narazı sala bilərlər. Bu, tamamən qanunsuzdur. Hər tində, metroların yanında lombard açırlar. Neçə dəfələrlə lombard dələduzluğunun, ən çox da lombardların bağlanmasının və sahibinin aradan çıxmasının şahidi oluruq”.
Tarix: 14-02-2024, 07:46
Xəbəri paylaş





Xəbər lenti