"Yeni başlamış aktiv müştəri itirdiniz..." - Qubad İbadlıdan ETİRAZ


"Şikayətim bu biabırçı şirkətdəndir. Deməli, dünən axşam "Umico"dan sifarişlər etmişəm..." Dia-az.info bildirir ki, bu barədə Qubad İbadlı adlı isttifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında giley edir.

"Yeni başlamış aktiv müştəri itirdiniz..."

Narazı vətəndaş daha sonra belə davam edir: "Bu gün bildiriş göndərir ki, sifarişiniz ləğv edilib. Özü də bildirişi utanmadan rusca göndərirlər. Rus dili imiş dövlət dilimiz.

Yazıb, səbəbin soruşuram, deyirlər ləğv ərazi ilə bağlıdır. Sifarişi təsdiqləyəndə ərazini qeyd etdiyim halda əgər həmin əraziyə xidmət göstərilmirsə, bu anındaca ekranda bildirilməlidir. Bunlarınki görülməmiş başqa səviyyə xidmətdir. Xarici şirkət Azərbaycanda xidmət verir, özümüzünkü səhər-səhər mənə əsəb şousu göstərir.

Sonra da deyirlər camaat bizdən almır, Trendyol çörəyimizi əlimizdən alıb. Bax elə yaxşı olur.

"Umico" hesabımı sildim, yeni başlamış aktiv müştəri itirdiniz".
Tarix: 19-02-2024, 11:16
Xəbəri paylaş





Xəbər lenti