DSX-nin 450 minlik tenderinin qalibi olan şəxs qurumu məhkəməyə verdi
Dövlət Sərhəd Xidməti (DSX) məhkəməyə verilib.
Pravda.az-ın xəbərinə görə, DSX ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti Heydəri Gülnarə Nadir qızı edib.
Mahiyyəti maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr olan iş hakim Leyla Əliyevanın icraatındadır.
Qeyd: DSX qazanxana avadanlıqları və su nasoslarının satın alınması üzrə 13.03.2023-cü ildə başladığı açıq tender müsabiqəsini GÜLNARƏ NADİR QIZI HEYDƏRİ ilə 451.568,3 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını 01.06.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb. Tenderin şərtlərinə görə Gülnarə Nadir qızı Heydəri 2023-cü ilin sonuna qədər Dövlət Sərhəd Xidmətini 10 növ müxtəlif ölçüdə istilik qazanı, 11 növ qazla və dizellə işləyən odluq, 3 ədəd qaz requlyatoru, 4 ədəd müxtəlif ölçüdə genləşmə çəni, 2 ədəd boyler, 7 ədəd müxtəlif ölçüdə dövriyyə nasosu, hidrofor nasosu,hidrofor nasosla birlikdə kiçik həcmli, 3 ədəd müxtəlif ölçüdə dərinlik su nasosu ilə təchiz etməli idi. G.Heydəri Fövqəladə Hallar Nazirliyinin, Mərkəzi Neftçilər Xəstəxanasının keçirdiyi tenderlərin qalibi olub.
Tarix: 23-02-2024, 22:22