Nazirin bankı ilə hərrac mərkəzi arasında ipoteka qalmaqalı davam edir
“Bank Standard” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC arasında məhkəmə çəkişməsi davam edir. 32Gun.az xəbər verir ki, birinci instansiya və apellyasiya mərhələsində iddiası təmin edilməyən “Bank Standard” QSC Ali Məhkəməyə kassasiya şikayəti verib. Şikayətə hakim İlqar Dadaşovun sədrliyi ilə baxılacaq. Məhkəmə çəkişməsi ipoteka müqaviləsi üzrə mübahisələrlə bağlıdır. “Bank Standard” QSC hazırda ləğv prosesindədir. Məlumat üçün deyək ki, “Bank Standard” keçmiş nazir Heydər Babayevin bankı kimi tanınır. Heydər Babayev 2006-2008-ci illərdə iqtisadi inkişaf naziri vəzifəsində çalışıb.