"Məlhəm Hospital"da sertifikasiyadan keçməyən işçilər çalışıb - Külli miqdarda cərimələnə bilər


"Məlhəm Beynəlxalq Hospital" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə irəli sürülüb.

Bu maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.



İş Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın icraatındadır. 
 


Qeyd edək ki, nizamnamə kapitalı 51.484.225 manat olan, əvvəl adı "Davinci İnternatıonal Hospıtal" MMC olan və dövlət qeydiyyatından "Məlhəm Beynəlxalq Hospital" MMC kimi keçən klinikanın qanuni təmsilçisi Süleymanova Aytən Rövşən qızıdır.

Tarix: 26-02-2024, 21:46
Xəbəri paylaş





Xəbər lenti