“Aqrar Sığorta” şirkətinin yığımları yanvarda 2 milyon manatdan çox azalıb

“Aqrar Sığorta” şirkətinin yığımları yanvarda 2 milyon manatdan çox azalıb
“Aqrar Sığorta” şirkəti 2024-cü ilin yanvar ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar ayında 6.899 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü il ilə müqayisədə 2.098 mln. manat və ya 23% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 8.997 mln. manat təşkil etmişdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.
Tarix: 27-02-2024, 10:50
Xəbəri paylaş





Xəbər lenti