"Öz maaşımızı bizə HƏDİYYƏ kimi verməyin..." - ÇAĞIRIŞ
"Azneft" İstehsalat Birliyinə aid qurumlarda çalışan neftçilər əməkhaqqılarını bayram günlərində normal qaydada - qanunvericiliyə uyğun şəkildə ala bilməmələrindən giley edirlər. Bunu son olaraq Yeni İl Bayramı dönəmində yaşadıqlarını deyən neftçilər dia-az.info vasitəsilə rəhbərliklərinə belə bir müraicət ünvanlayıblar. Müraciətdə deyilir:
"Qarşıdan Novruz Bayramı gəlir və Yeni İldəki kimi başımızı avansla aldatmayın... Xahiş edirik, əməkhaqqımızı yarılamayın!
Zatən əmək məcəlləsində də var ki, işçi öz maaşını ayda 2 dəfə avans şəklində ala bilər.
Ona gorə də bizi qoyun yerinə qoyub öz halal maaşımızı bizə minnətlə - qeyri-adi bir hədiyyə kimi təqdim etməyin, çox xahiş edirik.
Bayram günü pulumuz olmaz - canımız çıxar gedib marketdən nisyə alıb borclu qalarıq... amma sizin bizə bu cür "hədiyyəniz" lazım deyil, maaşımızı paralamayın!
Bilirik ki, bu göstərişi sizə verən verir, əslində sizin gunahınız deyil. Amma işçiyə "hədiyyə" verə bilirsinzsə, hədiyyə verin, yox onu edə bilmirsinizsə, onda sakit durun... Öz maaşımızı bizə HƏDİYYƏ kimi təqdim edib, kimlərəsə hesabat verməyin..."