Bakıda məşhur şirkət rəhbərinin əmlakı müsadirə olunur - TƏFƏRRÜAT
"Ağ Şəhər Taksi" MMC-nin direktorunun mülkləri müsadirə edilir.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb şirkətin qanuni təmsilçisi Əlizadə Cavid İlqar oğlunun "AFB Bank" ASC-yə 232.247,39 manat əsas, 16.787,25 manat faiz, 1.444,19 manat dəbbə pulu olmaqla, cəmi 250.478,83 manat məbləğində kredit borcunun olmasıdır.
Məhkəmə qərarı ilə MMC sahibinin adında olan Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən mənzilə, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən 0.05 ha torpaq sahəsi və üzərindəki 226 kv.m sahəsi olan bağ evinə, Xızı rayonu, Baxışlı kəndinəki 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə həbs qoyulub. Badamdar şossesindəki əmlak 150 min manata satışa çıxarılıb.
Qeyd edək ki, "Ağ Şəhər Taksi" MMC-dən hüquq-mühafizə orqanlarına sürücülər tərəfindən dəfələrlə şikayətlər daxil olub. Şikayətlərin əksriyyəti şirkət tərəfindən 3 illik müqavilə ilə "Nurgun Motors"a məxsus avtomobillərin sürücülərə 3 illik müqavilə əsasında icarəyə verilməsi ilə bağlı olub. Belə ki, sürücülər sonda avtomobillər onlarda qalmaq şərti ilə şirkətlə 3 illik müqavilə bağlayırlar. Lakin sürücülər aylıq icarə haqlarını ödəsələr də, avtomobillər onların adlarına keçirilməyib.