Xəzər rayon Su İdarəsi Binə camaatına "Kərbəla müsibəti" yaşadır



Vətəndaş Şükür Cavadov Bakının Xəzər rayon su idarəsi və onun rəhbəri  Mübariz Nəsirovdan şikayətçidir. Anaxeber.info məlumat verir ki, Binənin sovxoz ərazisində su qıtlığı yaşanır. Vətəndaş bildirir ki, Xəzər rayon Binə Südçülük Sovxozu adlanan ərazidə 3 gündür, gün ərzində 3-4 saat su verirsiniz: "O da insanların yatan vaxtında. İnsanları susuzluqla sınağa çəkməkdən əl çəkin artıq. Nədən suyun verilməsində əhaliyə problem yaradırsınız??
Su itkilərinin qarşısını almaqdan ötəri işinizə daha ciddi yanaşaraq, sudan qeyri-qanuni istifadənin qarşısını almaq üçün işinizə daha məsuliyyətli yanaşmaq əvəzinə, abonentlərin suyunu kəsməyin! 
Bunun ahılı var, xəstəsi var, körpəsi var, lap elə sağlamı var. Bu problemi yaşatmaqla bağlı hansı dərin və ciddi əsaslar gətirə bilərsiniz?
Ölkədə suyun azalması problemini? Əcəba ay sonunda ödənişlərdə bunu nəzərdə tutursunuz?
Siz kimsiniz ki, ilin-günün bu vaxtında vətəndaşı küçələrə düşməyə təhrik edəsiniz?
Heçmi vicdan yoxdu sizdə?
Ayıbdı, günahdır axı!"
Tarix: 4-03-2024, 09:33
Xəbəri paylaş





Xəbər lenti