Burda hamı bir-birinin qohum-əqrəbasıdır... - AXI NİYƏ?
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəhbəri Rəşid Ağajkişiyev,SOCAR Petroleum QSC rəhbəri Abdulla Tağıyev, ARDNŞ Kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə Departament rəhbəri xanım Aygün Hüseynova həm də şirkət prezidentinin müşaviridirlər. Daşıdığı 2-ci vəzifəyə görə əlavə əmək haqqı aldıqları, yaxud pulsuz (könüllü) işlədikləri haqda məlumat yoxdur". Dia-az.info bildirir ki, bu barədə bir qrup neftçinin müraciəttində qeyd olunur.
Müraciət müəllifləri daha da acınacaqlı durumun "Azneft" İstehsalat Birliyində olduğunu deyirlər. Dia-az.info-ya daxil olan müraciəttdə bildirilir: " "Azneft" İstehsalat Birliyi idarələrinin rəhbərlərinin hamısı bir-birinin tanışı və yaxud da qohumu-əqrabasdır... Uzağı sifarişli adamlarıdır.
Biiz haqlı olaraq buna etiraz edib şikayət edəndə işlədiyimiz idarənin kadr rəisi bu proseslərə 100 cür don geyindirib, hər cür bəhanələr gətirir... Və bunlara göz yummağımızı istəyir. Konkret "Azneft" məhvə gedir... SOCAR-da oturanlar bilsin..."