“Azərişıq”ın daha bir oyunu- Keçmiş işçisinin başına GÖRÜN NƏLƏR GƏTİRİB


“Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən (ASC) şikayət var.
“Azərişıq” ASC-nin Səbail RETSİ-nin keçmiş işçisi Samir Cəfərli ”Yeni Gundem”-ə sözügedən qurumdan şikayət məktubu göndərib.
Məktub Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevə Surəti : Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevaya
Surəti : Azərbaycan Respublikasının Energetika Naziri  hörmətli Pərviz Şahbazova
Surəti :  Azərbaycan Respublikasının Maliyyə Naziri hörmətli Samir Şərifova
Surəti : Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri hörmətli Sahil Babayevə
Surəti :  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Səbinə xanım Əliyevaya.
Vətəndaş bildirir ki, 08.04.2022 -ci il tarixinədək Səbail RETSİ-nin İstismar Şöbəsində ilk olaraq PŞİ, daha sonra  21.09.2022-ci il tarixinədək SƏBB üzrə elektrik montyoru kimi , bu tarixdən sonra isə ( kompyuter və ofis proqramları , elektron dövlət portallarının idarəsi, maliyyə və hesabat biliklərimə görə)  RETSİ-nin Enerji Satış Şöbəsinin Mühasibatlıq və Xidmətlər Sektorunun əhali mühəndisi vəzifəsinə keçirilib.
22.01.2024-cü il tarixindən etibarən ölkədəki yaşam xərclərinin və  şirkətdəki iş yükünün durmadan artdığına , lakin aylıq əmək haqqında heç bir yüksəlmələrin olmadığına görə öz şəxsi ərizəsi ilə  ( 20.11.2023-cü il tarixli ərizəmin əsli itirilmiş hesab olunduğuna görə təkrarən 19.01.2024-cü il tarixində ərizə yazmaq məcburiyyətində qaldığımı qeyd etmək istəyirəm) işdən azad olunma  müraciəti edib.
Şirkətdə çalışdığı dövr ərzində problemləri dilə gətirmə şansı olmadığına və hər hansı bir cəhd göstərən işçinin müxtəlif bəhanələrlə və ya şişirdilmiş nöqsanlarla işdən uzaqlaşdırıldığını və ya töhmətləndirildiyini görərək , bu gün problemlərin aradan qaldırılmasını və ona dəyən maddi və mənəvi ziyanın yuxarıda sadalanan ali şəxslərin nəzarətilə ödənilməsini xahiş edir.
Samir Cəfərli çalışdığı 8 il müddətində hər ay minimal olaraq 5-10 gün maaşları gecikdirilib və bu gecikmələrə görə heç bir əlavə ödəniş almayıb.

“Dövlət qurumunun kiçik vəzifəsinin məsuliyyət sahibi olaraq, RETSİ üzrə 43000 əhali abonentinə xidmət göstərən ştat üzrə tək mühəndis olaraq, hər zaman abonentlərə dəqiq, vicdanlı, qarşılıqsız xidmət göstərib, bacardığım köməyi əsirgəməmişəm və xidmət dövründə gördüyüm işin aldığım məvacibdən asılı yox, xarakterimin nəticə məhsulu olduğunu özümə əsas bilmişəm. Lakin, şirkətin peşə məsuliyyətimdən sui-istifadəsi və dəyərləndirməməsi  qanuna zidd və təəssüf doğurucudur”,- O, deyir.
Onun dediyinə görə, maaş gününü nəzərə alaraq, şəxsi ehtiyacların təmin olunması məqsədilə bankdan kredit əldə etdiyinə görə, maaşın gecikdiyi hər günə görə əlavə faizlər ödəmək məcburiyyətində qalıb və hazırda rəsmi olaraq heç bir gəlir mənbəyi olmadığı üçün kredit borclarını da ödəyə bilmir.
“Bu gün “Azərişıq” ASC tərəfindən mənim haqqımın alınmasına ən çox oma görə ehtiyacım var ki, bank üzrə olan öhdəliklərimi yerinə yetirə bilmirəm”.
İşdən azad olunan S. Cəfərli hesab edir ki, onun 22yanvar 2024-cü il tarixində işdən azad olunma əmri verilsə də, düzgün hesablanmayan son haqq-hesab məbləği 30.01.2024- cü il tarixində 487.19 azn və 27.01.2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinə olan ilkin müraciətindən sonra yenidən düzgün hesablama aparılmadan 05.02.2024-cü il tarixində 357.09 azn əlavə məbləğ kimi hesaba keçirilib və hələ də ona məxsus olan əmək kitabçası təhvil verilməyib.
“Əmək kitabçamın mənə verilməməsinin səbəbi kimi “Azərişıq“ ASC tərəfindən “yazılmamış qanunlarına əsasən“  verdikləri çıxış vərəqəsinin daxili strukturlarındakı 10 rəhbərə imzaladaraq , onlara təhvil verəcəyim təqdirdə mümkün olacağı deyilir və bu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87, 172.6 , 173.3 maddələrinə tamamilə ziddir”.
Vətəndaş əsaslı olaraq Kapital Bankdan rəsmi təsdiqli hesab çıxarışını dəlil kimi şikayətinin sonunda təqdim edib.
“Maddə 173. İşçilərin haqq-hesab sənədləri və 173.1 , 173.2 , 173.3 , 173.4 maddələrinə istinadən
Bundan başqa, istirahət və bayram günlərində, rəhbərlik tərəfindən qeyri-rəsmi olaraq tərtib olunmuş növbətçilik üzrə  məcburi işə çıxmağımıza baxmayaraq  iş vaxtından əlavə işlədiyimiz gün və saatlara görə heç bir ödəniş almamışam.
Belə ki , 21.09.2022-ci il tarixindən etibarən E.S.Ş-nin M.X.S-nun əhali mühəndisi kimi fəaliyyətə başladığım dövrdən idarə binasını iş vaxtının rəsmi olaraq  18:00 –da bitməsinə baxmayaraq çox nadir hallarda 19 :00 , və gec tərk etmişəm . Həmçinin mənə həvalə olunmuş kompüterdə  ( ip / 25-80 ) Cisco Any Connect  (VPN uzaqdan idarəetmə ) tətbiqi quraşdırılmışdır ki, proqram vasitəsilə hər gün səhər rəsmi iş saatı 9:00 – dan  1 saat öncə hesabatlara başlayırdım və istirahət günlərinin istənilən saatında lazımı sənədləri hazırlamaq üçün iş kompüterinə bağlanırdım . İT şöbəsi tərəfindən mənim kompüterimin əməliyyat tarixçəsinin araşdırılaraq  , işlədiyim əlavə iş saatlarının təzminat olaraq mənə ödənilməsini tələb edirəm . Əməliyyat tarixçəsinin qeyri-müəyyən olaraq silinməsi halında , bir nüsxənin məndə olduğunu və ehtiyac yaranarsa mail vasitəsilə göndərə biləcəyimi xüsusi qeyd etmək istəyirəm .
Maddə 165. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi və 165.1 , 165.2 , 165.3 maddələrinə istinadən
Maddə 166. Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi  və 166.1 , 166.2 maddələrinə istinadən
Maddə 99. İş vaxtından artıq iş və 99.1 , 99.2 , 99.3 , 99.4 , 99.5 maddələrinə istinadən
Maddə 100. İş vaxtından artıq işlərin son həddi  və 100.1 maddələrinə istinadən
Maddə 101. İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar və 101.1 ( a , b , c , ç ,d bəndlərinə), 101.2 maddələrinə istinadən
Maddə 89. Tam iş vaxtı və onun müddəti və 89.1 , 89.2 , 89.3 maddələrinə istinadən
Maddə 90. Həftəlik tam iş vaxtının müəyyən edilməsi və 90.1 , 90.2 , 90.3 maddələrinə istinadən
Maddə 180. İşçinin müəssisənin gəlirindən pay almaq hüququ
İşçilər, qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan səhmdar cəmiyyətlərin, habelə mülkiyyət payı bəlli olan digər müəssisələrin nizamnamələrində (əsasnamələrində) müəssisənin nəzərdə tutulan qaydada və məbləğdə müəyyən edilən gəlirinin müvafiq hissəsi miqdarında pay almaq hüququna malikdirlər. İşçilərin bu hüququnu məhdudlaşdıran və ya onları bu hüquqdan məhrum edən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır”.
Şikayətçi 27 yanvar 2024-cü il tarixində “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova və Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət ərizəsi ünvanlamasınabaxmayaraq, DOST Agentliyi tərəfindən 2 fevral 2024 -cü ildə izahata dəvət olunub və müraciətinin son icra tarixinin 22.02.2024-cü il tarixi olmasına baxmayaraq, hələ də heç bir rəsmi cavab almayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir.
“Maddə 10. Müraciətə baxılması müddəti
10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır”.
Samir Cəfərli onu da əlavə edib ki, Prezident İlham Əliyev dəfələrlə hər bir məmurun, dövlət qulluqçularının xalqın xidmətçisi olduğunu qeyd edib, böyük vəzifələrin böyük imkanlar yox, böyük məsuliyyətlər daşıdığını bildirib.
“Hər bir dövlət qurumu təlimatlandırılıb ki,vətəndaşları incitmək, tutduğu vəzifədən sui-istifadə etmək olmaz  və belə hallar aşkarlanarsa kimliyindən asılı olmayaraq hər bir şəxs istintaqa cəlb olunacaq, qanun qarşısında cavab verəcək. Heç kim qanundan üsten deyil, qanun qarşısında hər kəs bərabərdir.
Hörmətli Cənab Prezidentimiz , Qalib xalqımızın Qalib Ali Baş Komandanı ,  Ulu Öndərimizin  irsinin  ən layiqli davamçısı, Sözü İmzası olan , Dəmir Yumruqlu cənab İlham Əliyev . Mən sizə və sizin rəhbərlik etdiyiniz müstəqil Azərbaycan Respublikasının qanunlarına güvənirəm . Sizin haqq və ədalətlə yürütdüyünüz bu dövlətin qanunlarına sığınaraq, məmur özbaşınalıqlarının  qarşısının alınmasında sizin nəzarətinizlə,  məsələnin  həllinin  tapacağına  və qanun çərçivəsində haqq-ədalətin bərqərar olacağına inanıram.
Hüquq və söz azadlığımın, qanuni maraqlarımın pozulması, şərəf, ləyaqət və işgüzar nüfuzumu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verilməsi hallarında birbaşa olaraq qarşı tərəf cavabdehlik daşıyacaq və aidiyyəti üzrə qurumlara müraciət edəcəyimi bildirmək istəyirəm.
Şikayət müraciətini özüm yazdım , imzamla təsdiq edirəm”,- deyə O, qeyd edib.
Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Tarix: 6-03-2024, 23:11
Xəbəri paylaş





Xəbər lenti