"Sizdən heç yerə və heç kəsə yox, Allahıma şikayət edirəm..." - MÜRACİƏT
Keçmiş döyüşçü 1-ci Qarabağ Savaşı iştirakçısı, Qazi Vidadi Kərimbəyli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlayıb. Müraciəti dia-az.info olaraq təqdim edirik:
"Mən uşaqlıqdan ata-anadan yetim qalanan bir atanın və ailənin tək bir qızı olan ananın oğluyam və mənim anam dünyanın nə qədər bayatısı var, kövrək havaları var, hamısını göz yaşıynan hopdurdu mənim canıma. Mən dərdin, qəmin içində böyümüşən, başımın üstündə anam göz yaşları ilə layla çalıb.Bir əlimizdə kitab, bir əlimizdə dəryaz,bel və digər kənd təsərrüfatı alətləri ilə işləyə işləyə oxuduq və böyüdük və həyatda durduq.Orta məktəbi 4,8 balla qurtardım,amma atam kasıb olduğu və 50 rubl rüşvət verə bilmədiyi üçün fərqlənmə attestatı vermədilər. İki il dalbadal instituta qəbul ola bilmədim,bir növü bu haqsızlıqlardan inciyib əsgərliyə getdim və özümə söz verdim ki, diplomsuz Vətənə qayıdan deyiləm.Nə isə əsgəri xidmətimi başa vurduqdan sonra qulluq etdiyim hərbi hissədə indiki MAXE kimi müqavilə ilə xidmətə başladım,oxudum öyrəndim və o zamanlar SSRİ DİN xüsusi təyinatlı məktəbini də fərqlənmə diplomu ilə qurtardım. Təbii ki, çətinliklər də gördüm, sıxıntılar da çəkdim, amma sınmadım, əyilmədim, dönmədim, ürəyim də, süfrəm də, qapım da millətimə açıq oldu və bütün bunlara baxmayaraq həyatda dik durmağı bacardım.1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi alovlananda millətimin hər bir vətən sevər oğlu kimi bu hadisələrə biganə qalmadım, millətimi dəstəklədim və uzaqda olsam da yanında olmağa çalışdım.Amma dəfələrlə etdiyim müraciətimə baxmayaraq və “şirinlik” verə bilmədiyim üçün Azərbaycan SSR DİN tərəfindən müracətlərimə rədd cavabı aldım...
1990-cı ilin QANLI YANVARINDA isə qəti qərar gəldim ki, nəyin bahasına olursa olsun vətən dönməliyəm... SSRİ.nin o zamankı DİN Bakatinin “qafqaz xalqlarının nümayəndələrinin Zaqafqaziyaya ezamiyyət və məzuniyyət verilməsinin qadağan olunmasına” baxmayaraq 1990-cı ilin martında “qeyri qanuni ilaraq” Bakıya oradan isə Naxçıvana gəldim. Yadımdadır 28 mart 1990-cı ildə mən Naxçıvana gəldim həməin gün Azərbaycan SSR KP Naxçıvan vilayət Komisəsinin şöbə müdiri Vəli Zeynalovu ermənilər Şahbuzun Şada kəndində ŞƏHİD etmişdilər, qaçaraq Naxçıvan MSSR DİN-ə gəldim,orada bütün əməkdaşları həyacan siqnalı ilə toplamış və döyüşə göndərirdilər...Mən də müraciət etdim ki, mənə də silah verin,mən də gedirəm...Bir nəfər mülki geyimdə məndən soruşdu ki, kimsən,mən də ona dedim ki, Rusiyada qulluq edirəm,o mənə dedi ki, vətənin bu günüdə niyə oradasınız bura gəlmirsiniz,mən də dedim ki, qaçıb gəlmişəm,amma dəfələrlə Azərbaycan SSR DİN müraciət etsəm də rədd cavabı almışam...onradan öyrəndim ki, mənimlə danışan o zamankı Naxçıvan MSSR Xaxiliu İşlər Naziri rəhmətlik Mamed Mamedovdur. Mamed müəllim mənə dedi ki, sən ünvanını yaz ver Karlar şöbəsinə gör səni gətirirlər yoxsa yox...Allah rəhmət eləsin sözünün üstündə durdu və həmin ilin iyun ayında mən xidmətimi davam etdirmək üçün Naxçıvana ezam olundum.Nazirin əmri ilə Şərur rayon o zamankı DİŞ-də yeni yaradılmış Post Patrul rotasına komandir təyin olundum...Müharibə illərin haqqında yazan deyiləm,çünki məni tanıyanlar bilir ki, necə və nə təhəri döyüş yolu keçmişəm....Əlbəttə ki, yenə də çətinliklər də gördüm, ölümlə üzləşdim,döyüş yoldaşlarımın ŞƏHİD və QAZİ olmalarını da gördüm, çoox sıxıntılar da çəkdim. Müharibə illərindən sonra hara getdimsə, uğuruma pislərlə yanaşı yaxşı adamlar da çıxdı,bəzi qapılar üzümə bağlansa da, üzümə qapılar açıldı, kimin yanına getdim, məni bağrına basdı. Təbii ki, yenə də çətinliklər də gördüm, sıxıntılar da çəkdim, amma sınmadım, əyilmədim, dönmədim, ürəyim də, süfrəm də, qapım da millətə açıq oldu. Ömrümü ortabab yaşadım. Amma bu ömrün içində çox böyük zülmlər də çəkdim, peşman olmadım,amma bəzi məmurlar məni peşman etdilər və “Nahaq gəldim vətənə” da dedim. İndi üzümü tutub məni incidən 15 il qeyri qanunu mənzil növbəsində gözlədən məmurlardan soruşuram, axı mən Sizə nə etmişəm ? Vicdanınız olsun bu gün mən bir çox xəstəlikdən əziyyət çəkən vətən QAZİlərindən biriyəm və 67 yaşım var elə edin ki, qəbir evinə getməmişdən mənzil üzü də görə bilim !!! Sizə daha sözüm yoxdur, Sizdən heç yerə və heç kəsə yox Allahıma şikayət edirəm !!!"