“Relax” İstirahət Mərkəzi bərbad vəziyyətdə – Şikayət
Lerik rayonundan deputat olan İqbal Məmmədova məxsus “Relax” İstirahət Mərkəzindən şikayətlər artmaqdadır. Sözügedən mərkəzdə dincəlmək istəyən Xəlil İsgəndərov peşman olub.Tribunainfo.az xəbər verir ki, şikayətçi otelin baxımsız olduğunu deyir:
“Şikayətim “Relax” İstirahət Mərkəzindəndir. 150 manata VİP otaq götürdüm. TV işləmir, otağı qarışqa basıb, işıqlar sönür, ayaqyolunda su çəkilmir, hovuzlar baxımsız. Gedəndə bir daha düşünün”.
Tarix: 16-07-2024, 10:06