4 uşaq atası ünvanlı sosial yardım ala bilmir – “3 AYDIR GƏLƏN YOXDUR…”

4 uşaq atası ünvanlı sosial yardım ala bilmir – “3 AYDIR GƏLƏN YOXDUR…”

Ülvi Mehdiyev: 5 aylıq oğlumu həkimə yoxlanışa aparmıram ki, “sosial” bizi tapmasa, imtina yaza bilər”.
Ağcabədi rayonunun Qaravəlli kənd sakini Mehdiyev Ülvi Tahir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət ərizəsi təqdim olunub. 4 uşaq atası sosial yardım ala bilməməsindən şikayət edir. Qeyd edir ki, aldığı 237 manatlıq məvaciblə keçinmək olmur, ailənin maddi ehtiyaclarını tam ödəyə bilmir:
“Mən, Mehdiyev Ülvi Tahir oğlu, yazaraq diqqətinizə çatdırmaq istəyirəm ki, Ağdam rayonunun Abdal-Gülablı kəndindən məcburi köçkün kimi Ağcabədiyə gəlmişəm. Ailəmiz 6 nəfərdən ibarətdir. Aylıq maaşımla dolanmaq mümkün deyil, başqa gəlir yerim də yoxdur.
Ünvanlı sosial yardım ala bilmirəm. Körpə oğlum Mehdiyev Alpaslan Ülvi oğlu üçün vəziyyət daha çətindir. 2 may tarixindən bəri müraciətimiz qəbul olunub. Amma zəng vurmağa nə nömrə verirlər, nə də əlaqə saxlayırlar. “142” zəng xidməti ilə əlaqə yaratdıq. Bizə deyildi ki, səbrli olaq, bu həftə ərzində rəsmi nümyəndələr gələcəklər. Hələ də heç kim gəlmir. 1 həftə olub 3 ay…
5 aylıq oğlumu həkimə yoxlanışa aparmıram ki, “sosial” bizi tapmasa, imtina yaza bilər. Birdən evə baxış üçün gələrlər, bizi görsünlər də”.  
Mövzu ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Nazirlikdən Hurriyyet.az-a bildirildi ki, məsələ araşdırılacaq.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.        

facebook sharing button 
Tarix: 20-07-2024, 19:05
Xəbəri paylaş





Xəbər lenti